Rusiyanın üç vilayəti PUA hücumuna məruz qaldı – VİDEO

Bu gecə Rusiya səmasında Ukrayna Silahlı Qüvvələrinə məxsus yeddi pilotsuz uçan aparat vurulub.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Qeyd olunub ki, PUA-lar Moskva, Rostov və Bryansk vilayətlərində obyektlərə hücum etməyə çalışıblar.
Dronların hava hücumundan müdafiə sistemi tərəfindən məhv edildiyi açıqlanıb.