!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın Ukrayna üçün hazırladığı tələ: “Hədəf bu ölkələrdir”

!Reklam – Yazi

“Hədəfdə yalnız Ukrayna yox, eyni zamanda Polşa, Almaniya, lazım gəldikdə Fransadır”.

Bunu Yenicag.az-a açıqlamasında son günlər şiddətlənən Rusiya-Ukrayna müharibəsi fonunda baş verə biləcək proseslərdən danışan politoloq Cümşüd Nuriyev deyib.


Onun sözlərinə görə, Rusiya hazırda öz maraqlarına uyğun gedişini davam etdirir.
“Ukrayna Prezidenti Volodimir Zelenski siyasətçi deyil. Kursk, əslində, Rusiyanın hazırladığı tələ idi. Və uğurla istədiyinə nail oldu. İndiyədək müharibə Ukrayna ərazilərində gedirdi. Kursk əməliyyatları ilə Donbask və Luqanska irəliləmək üçün Ukraynanın diqqəti yayındırıldı. Əsas məqsəd olan Dneprə çatmağa artıq az qalıb.
Eyni zamanda kiçikbaşlıqlı nüvə silahlarından istifadə üçün Rusiya zəmin yaradır. Hədəfdə isə yalnız Ukrayna yox, eyni zamanda Polşa, Almaniya, lazım gəldikdə Fransadır. Kreml Avropaya dərsini vermək istəyir. Buna öz çıxarları naminə ABŞ belə göz yumacaq. Çünki iqtisadi maraqlar uğrunda Vaşinqton hər kəsi satmağa hazırdır”, – deyə politoloq bildirib.
Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

145
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv