Rusiyanın Ukraynada istifadə etdiyi İran PUA-sı pulemyotla vuruldu – FOTO

Rusiyanın Ukrayna ordusuna qarşı istifadə etdiyi İran istehsalı olan kamukadze-dron vurulub.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu barədə məlumat və görüntü Ukrayna Silahlı Qüvvələri “Cənub” cəbhəsinin Hava Hücumundan Müdafiə komandanlığı tərəfindən yayılıb.

Məlumata görə, İran istehsalı olan “Shahed-136” kamikadze-dronu Nikolayev istiqamətində iriçaplı “Utes” pulemyotu ilə vurulub:

“Oktyabrın 8-i səhər saatlarında Xerson zenit-raket briqadasının mobil qrupunun döyüşçüləri “Shahed-136” kamikadze-dronunu iriçaplı “Utes” pulemyotunin atəşi ilə məhv edilib”.