Ukraynaya hərbi təcavüz edən Rusiyanın itirdiyi hərbçilərin sayı açıqlanıb.
Yenicag.az xəbər verir ki, bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, rus ordusu 24 fevral-15 mart tarixləri aralığında 13 500-dən çox canlı qüvvə itirib.
Bundan başqa, ruslara aid 81 təyyarə, 95 helikopter, 404 tank və 1 279 zirehli texnikanın məhv edildiyi vurğulanıb.