“Ukraynada 9 ay ərzində Rusiyanın 278 hərbi təyyarəsi vurulub, 9 helikopteri isə yerə endirilib”.
Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın Ukraynada, SSRİ-nin isə Əfqanıstanda itridiyi hərbi təyyarələrin sayını müqayisə edən Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsi rəisinin müavini general Aleksey Qromov deyib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynada SSRİ-nin Əfqanıstanda itirdiyindən iki dəfə çox təyyarəsi məhv edilib:
“Diqqətə çatdırmaq istərdim ki, Rusiyanın Ukraynaya qarşı başladığı genişmiqyaslı hərbi təcavüzün davam etdiyi müddətdə hərbçilərimiz tərəfindən düşmənin 278 hərbi təyyarəsi məhv edilib.
Bu, SSRİ-nin Əfqanıstanda apardığı 10 illik müharibə dövründə itirdiyi hərbi təyyarələrin sayından təqribən iki dəfə çoxdur.
Baxın, SSRİ-nin Əfqanıstanda 10 il ərzində 118 təyyarəsi məhv edilmişdisə, Ukraynada 9 ay ərzində Rusiyanın 278 hərbi təyyarəsi vurulub. Bundan başqa, düşmənin 9 helikopteri yerə endirilib”.