Rusiyanın Ukraynadakı itkisi: 143.680 nəfərə çatdı

Rusiya Silahlı Qüvvələri son sutkada Ukrayna ərazisində daha 820 hərbçisini itirib.

 

Yenicag.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 143.680 nəfərə çatıb.

Həmçinin, son sutka ərzində Rusiyaya məxsus 6 tank, 8 zirehli döyüş maşını və 9 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.