!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın Ukraynaya təcavüzü nəticəsində yaralanan və ölən uşaqların sayı açıqlandı – RƏQƏMLƏR

!Reklam – Yazi

Rusiyanın Ukraynaya hücumu hücumu nəticəsində 382 uşaq həlak olub, 740-dan çox uşaq yaralanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

“2022-ci il sentyabrın 4-ü səhər saatlarına Rusiyanın genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1122 nəfərdən çox uşaq zərər çəkib. Rəsmi məlumatına görə, 382 uşaq ölüb, 740-dan çox uşaq yaralanıb”, – deyə bildirilib.

Qeyd olunur ki, bu rəqəmlər yekun deyil, çünki aktiv döyüş əməliyyatları aparılan yerlərdə, müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə bununla bağlı göstəricilərin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

www.yenicag.az

501
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv