!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiyanin Ukraynaya təklif etdiyi ssenari təslim olmaq bahasına sülhdür” - Ukraynalı politoloq

!Reklam – Yazi

“Rusiya Ukraynanı bufer zona olaraq görür”

Bunu Yeniçağ.ru-ya Donbasda vəziyyətin gərginləşməsi ehtimalını şərh edən ukraynalı politoloq Pavel Kazarin bildirib. Onun sözlərinə görə, Donbasda hazırki gərginlikdə təəccüblü heç nə yoxdur:

“2015-ci ildə Minsk sazişindən etibarən Rusiya Donbasdan Kiyevə təzyiq vasitəsi kimi istifadə edir. Məsələ yalnız Ukraynanın 2014-cü ilə qədər mövcud bufer formatına qayıtmağa razı olacağı təqdirdə həll oluna bilər”.

Politoloq qeyd edib ki, Ukrayna belə bir ssenariyə razı deyil. Odur ki, Donbas Kiyevə təzyiq vasitəsi kimi istifadə olunmağa davam edir:

“Buna görə də müşahidə etdiyimiz gərginliklər dövri təkrarlanacaq. Belə gərginlik illərlə, hətta onilliklərlə davam edə bilər. Məsələn, Yaxın Şərqdə və Dağlıq Qarabağda olduğu kimi. Donbasdakı münaqişənin həll açarı Kiyevin deyil, Moskvanın əlindədir. Əgər rəsmi Moskvanın başqa məqsədləri olmasaydı, Donbasda barışıq daha asan əldə olunardı”.

Kazarin həmçinin qeyd edib ki, Kiyev təcavüzə məruz qalan tərəfdir:

“Çox sadə sual var: Ukrayna ordusu Rusiya ərazisindədir, yoxsa Rusiya ordusu Ukrayna ərazisində? Əgər Krıma baxsaq, sualın cavabını asanlıqla görə bilərik. İstənilən vasitə ilə sülh dedikdə, unutmaq lazım deyil ki, boyun əymək, təslim olmaq da sülh formasıdır. Rusiyanin Ukraynaya təklif etdiyi ssenari təslim olmaq bahasına sülhdür”.

Ekspert qeyd edib ki, Ukraynanın şərqində baş verənlər heç də vətəndaş qarşıdurması deyil. Burada söhbət Ukrayna ordusunun ruslara qarşı mübarizəsindən gedir:

“Rusiya öz ordusunu son 15-17 il ərzində təkmilləşdirib. Onun texnikası Ukrayna hərbi texnikasından o qədər güclüdür ki, son illər Ukrayna ordusunun təkmilləşmə mərhələsi keçməsinə baxmayaraq, güclər hələ də bərabər deyil”.

P. Kazarin onu da vurğulayıb ki, əgər Rusiya seperatçılara dəstək verməsəydi, Ukrayna qısa zaman ərzində ərazilərə nəzarəti geri qaytara bilərdi. Qərbin Ukraynaya dəstəyindən bəhs edən ekspert bildirib ki, Qərbin fikri yekdil deyil:

“Avropa İttifaqında 20-dən çox ölkə, bu ölkələrdən hər birinin isə öz prioritetləri var. Ölkələrdən bəziləri Ukrayna-Rusiya münaqişəsinə güclü inteqrasiya olunub. Məsələn, Almaniya. Bəzi ölkələrdə isə bu, əksinədir. Məsələn, Portuqaliya. Bütövlüklə Qərb hər şeyi öz adıyla qeyd edir. Məsələn, Krımın ilhaqını məhz “Krımın ilhaqı” adlandırırlar”.

Ekspert Qərbin Ukraynanı silahla təmin etməsi barədə Rusiyanın iddialarından da bəhs edib:

“Ukrayna yəqin ki, buna sadəcə şad olardı. Lakin Qərbin bütün dəstəyi Ukraynada yenidənqurmaya və iqtisadiyyata yönləndirilir. Lakin təcavüzkara qarşı Ukrayna özü müstəqil şəkildə mübarizə aparır”.
Nicat Hacıyev
Yeniçağ.Ru

www.yenicag.az

778
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv