Rusiyanın valyuta ehtiyatları bu il sentyabrın 1-nə 460,615 mlrd. ABŞ dolları təşkil edib.
Yenicag.az xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 2,583 mlrd. dollar və yaxud 0,56% çoxdur.
Qeyd edək ki, qonşu ölkənin valyuta ehtiyatları Rusiya Bankının (Mərkəzi Bank) və hökumətin sərəncamında olan yüksək likvidli xarici aktivlərdən ibarətdir.
Bir qədər əvvəl Rusiyanın İqtisadi İnkişaf Nazirliyi bu il ölkədən kapital axınının məbləği ilə bağlı proqnozunu 41 mlrd. dollara qədər artırıb. Bu rəqəm yanvar-iyul aylarında 21,5 mlrd. dollar təşkil edib. Bu da illik müqayisədə 2,5 dəfə çoxdur./Report/