!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın xəritə HƏYƏCANI: "ABŞ, Aİ və Gürcüstanın işə qarışması Kremli hərəkətə keçirdi" - ŞƏRH

!Reklam – Yazi

“Rüstəm Muradovun əldə etdiyi nəticə ABŞ, Avropa İttifaqı və Gürcüstan təmsilçilərinin əldə etdikləri birgə nəticədən az əhəmiyyətli olmadı”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Rusiyanın təşəbbüsü ilə həbs edilmiş 15 erməni əsilli şəxs qarşılığında Ermənistanın işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təhvil verməsində rəsmi Moskvanın xüsusi canfəşanlığının siyasi səbəbləri haqqında danışan politoloq Elxan Şahinoğlu səsləndirib.

Elxan Şahinoğlu Qarabağ məsələsində yalnız rəsmi Ankara ilə hesablaşmağa məcbur olan Rusiyanın kənar ölkə və təşkilatların işə qarışmasına əngəl olmağa çalışdığını vurğulayıb:

“Rusiyanın Ağdam ətrafında minalanmış ərazilərin xəritəsinin Azərbaycana təhvil verilməsində rolu olmadı. Əsas vasitəçi kimi Gürcüstan, Avropa İttifaqı və ABŞ təmsilçiləri çıxış etdilər. Müharibə bitdikdən sonra ilk dəfəydi ki, Azərbaycanla Ermənistan arasında Rusiyanın iştirakı olmadan razılaşma əldə edildi. Bu hal Kremli narahat etməyə bilməzdi. Rusiya Azərbaycan və Ermənistan arasında 10 noyabr və 11 yanvar bəyanatlarının müəllifi kimi Qarabağla bağlı proseslərə nəzarəti yalnız Türkiyə ilə bölüşmək məcburiyətində qalmışdı. ABŞ və Avropa İttifaqı, o cümlədən Rusiya ilə diplomatik münasibətləri olmayan qonşu Gürcüstan oyundankənar vəziyyətdə idi. Ona görə də bu 3 mərkəzin Rusiyanın xəbəri olmadan Azərbaycan və Ermənistanla xəritələr və əsir diversantlar ətrafında apardığı danışıqlar və əldə etdikləri nəticə Kremli hərəkətə keçirdi.

Moskvanın tapşırığıyla Rusyanın Qarabağdakı hərbi kontingentinin rəhbəri Rüstəm Muradov Bakı və İrəvanla intensiv danışıqlara başladı. Rüstəm Muradovun əldə etdiyi nəticə ABŞ, Avropa İttifaqı və Gürcüstan təmsilçilərinin əldə etdikləri birgə nəticədən az əhəmiyyətli olmadı. Əgər 3 mərkəz 15 ermənini bir xəritəyə dəyişmişdilərsə, Rüstəm Muradov 15 ermənini iki rayonun xəritəsinə dəyişməyə müvəffəq oldu”.

Politoloq xəritələrin dəqiqiliyinin sual altında olduğu üçün Azərbaycanın digər diversantları hələ təhvil verməməli olduğunu bildirib:

“Minalanmış ərazilərlə bağlı xəritələrin dəqiqliyinə gəldikdə, Azərbaycan Müdafiə Nazirliyinin xəritələrlə bağlı açıqlaması yoxdur. Əgər birinci dəfə Ağdam ətrafında basdırılan minaların xəritəsi saxta olsaydı, Füzuli və Zəngilan rayonları ətrafında basdırılan xəritələrlə bağlı razılaşma olmayacaqdı. Ancaq mümkündür ki, bu xəritələrin xaricində də basdırılan minalar var, qarşı tərəf bunu bizdən gizlətməyə çalışır. Demək, erməni diversantların bir hissəsini hələ təhvil verməməliyik”.

Aqil Bəkir

www.yenicag.az

1323
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv