Rusiyanın yeni müdafiə naziri Ukrayna istiqamətində “hər şey cəbhə üçün, hər şey qələbə üçün” prinsipinin müəllifidir.
Yenicag.az xəbər verir ki, bu barədə “The Atlantic” nəşri yazıb.
Qəzetin məlumatına görə, Belousov hesab edir ki, Rusiya iqtisadiyyatı tam olaraq müharibə moduna keçməli və Rusiya cəmiyyəti tam olaraq müharibə əsaslı olmalıdır.
Nəşr qeyd edir ki, Putinin yeni təyinatı sülhdən çox eskalasiyanın artırılmasından və Putinin müharibəyə daha peşəkarcasına yanaşmasından xəbər verir.
Rafi Müslümov