Rusiya Prezidenti Vladimir Putin Sergey Lavrovun yenidən xarici işlər naziri təyin olunmasını təklif edib.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasından bildirilib.
Ölkə liderinin əmri ilə Vladimir Kolokoltsevin yenidən Rusiya daxili işlər naziri postuna, Viktor Zolotovun yenidən Rosqvardiya rəhbərliyinə təyin olunmaları təklif edilib.
Bundan əlavə Vladimir Putin Sergey Narışkinin Xarici Kəşfiyyat Xidmətinin direktoru vəzifəsinə, Aleksandr Bortnikovun isə Federal Təhlükəsizlik Xidmətinin(FTX) rəhbəri vəzifəsinə yenidən təyin edilmələrini təklif edib.