!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyaya alternativ Avropa bazarı: “Az məhsul satmaqla, yüksək gəlir götürə bilərik” – Ekspert

!Reklam – Yazi

“Azərbaycanın kənd təsərrüfatı məhsulları istehsalçılarının Rusiya bazarlarından asılılığı minimuma endirilməlidir”.

Bu sözləri Rusiyanın Azərbaycandan pomidor və alma idxalına qadağa qoymasına münasibət bildirən beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, “Bureau De Qualit” şirkətinin rəhbəri Asif İbrahimov Yenicag.az-a açıqlamasında deyib.

Asif İbrahimovun fikrincə, Azərbaycanın kənd təsərrüfatı məhsulları istehsalçılarının Rusiya bazarlarından asılılığı minimuma endirilməlidir:

“Rusiya qeyd olunan qadağaya əsas səbəb kimi məhsullarımızda müəyyən fitosanitar tələblərdən yayınmaların olduğunu göstərib. Lakin Rusiyanın bu addımını siyasi qərar kimi dəyərləndirmək daha doğrudur.

Çünki Rusiyanın o qərarı məhz Azərbaycanda Zəfər Paradının keçirildiyi gün qəbul edilib. Ümumiyyətlə, Azərbaycanın xüsusilə də kənd təsərrüfatı məhsulları istehsalçıları Rusiya bazarından ciddi şəkildə asılı vəziyyətdədir.

Halbuki bu şəraitdə fermerlərimizin Avropa İttifaqının bazarına çıxış əldə etmələri çox vacibdir. Bu bazarın ağır tələbləri olsa da, məhsullarımızı müəyyən standartlara uyğunlaşdırmaq məqsədəuyğundur. Məsələn, məhsullarımız Avropa İttifaqı bazarlarında istifadə olunan sertifikata və məhsul sdandartlarına uyğun hazırlanmalıdır.

Onu da qeyd edim ki, Azərbaycanda məhsulların maya dəyəri çox bahadır. Bunun əsas səbəbi qaz və elektrikin qiymətinin bahalığı və fermerlərə lazımi dəstəyin göstərilməməsidir. Bu problemləri aradan qaldırmaqla, Avropa İttifaqı bazarına rahatlıqla çıxa bilərik. Nəticədə az məhsul satmaqla, yüksək gəlir götürə bilərik. Bu, Rusiya bazarından asılılığı əhəmiyyətli dərəcədə azaldacaq”.

Qeyd edək ki, “Rosselxoznadzor” 10 dekabr 2020-ci il tarixindən etibarən, Rusiyaya Azərbaycan mənşəli pomidor və alma idxalını qadağan etsə də, sonra bu qərarı nisbətən yumşaldıb.

Gülşən Şərif

www.yenicag.az

592
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv