!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyaya daha bir zərbə: NATO-dakı müfəttişi öldürüldü

!Reklam – Yazi

15713239_10211970682125392_1134603879_nTerrorçu təşkilatların maliyyə mənbələrini və çirkli pulları “yumaqla” məşğul olan şirkətləri araşdıran Rusiyanın NATO üzrə baş müfəttişi Yves Chandelo Belçikada öldürülüb. Onun cəsədi maşınından tapılıb.

Yeniçağ.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, başındam aldığı güllə yarasından dünyasını dəyişib. Rəsmi qurumlar NATO nümayəndəsinin intihar etdiyini desə də, mərhumun qohumları bu faktı inkar edib.

Yves Chandelonun cəsədi aşkarlandıqda silah onun sağ əlində olub. Əslində, müfəttiş solaxay imiş… Onun 3 şəxsi tabel silahı olsa da, yanında başqa bir silahın tapılması sui-qəsd iddialarını artırır. Chandelonun bu silahı qaynatasından oğurladığını desələr də, bu, inandırıcı görünmür.

Məlumatlara görə, mərhum ona edilən naməlum zənglərdən danışırmış. Amerikanın Federal Təhqiqatlar Bürosunun keçmiş tərcüməçisi Sibel Edmonds bildirib ki, müfəttiş oğluna bir sıra sənədlər verib və o sənədlər gələn həftə polisə təqdim ediləcək.

Qeyd edək ki, Yves Chandelo son bir həftə ərzində sui-qəsdə məruz qalan üçüncü Rusiya diplomatıdır.

Yeniçağ.az

www.yenicag.az

601
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv