Rusiyaya göstərilməli olan SƏRT MÖVQE: “Azərbaycana qarşı psixoloji müharibəyə start verilib” – Tural Abbaslı

“Rusiyanın Azərbaycana qarşı bəzən özünün, bəzən də Ermənistanın əli ilə atdığı addımlar psixoloji müharibənin tərkib hissəsidir”.

Bunu son günlər erməni tərəfinin davranışlarına göz yuman Rusiyanın niyyətini şərh edən AĞ Partiya sədri Tural Abbbaslı Yenicag.az-a açıqlamasında deyib.

Tural Abbaslı bildirib ki, Rusiya Azərbaycan xalqını və dövlətini ram edə bilməyəcəyini bildiyi üçün Azərbaycana qarşı psixoloji müharibəyə start verib:

“Rusiya məsələni daha dərindən götürüb, psixoloji baxımdan Azərbaycan xalqını demorilizə edərək özünün hegomonluğunu xalqa, dövlətə sübut etməyə çalışır. Hansıki buna bir müddət əvvəl İran cəhd elədi. İrana qarşı xalq tərəfindən, dövlət tərəfindən dirəniş oldu. Kordinəli şəkildə dirənişdən sonra İran məcbur olub geri çəkildi və heç bir addım ata bilmədi. Rusiya məsələsində təhlükəli odur ki, 5-ci kalon dediyimiz qüvvənin nümayəndələri Azərbaycan hakimiyyətində yüksək postlarda yer alıblar. Dolayısı ilə Rusiyanın apardığı psixoloji müharibədə onların yanında yer alırlar”.

Azərbaycan dövlətinin bu vəziyyətdən hansı formada çıxa biləcəyinə gəldikdə isə, Partiya sədri bunları deyib:

“Dövlət ümumi narazılığı, xalqın etirazını təşkil etməli, formalaşdırmalıdır. Bu istər sosial şəbəkələr, istər kütləvi aksiyalar, istərsə də siyasi riçaklar vasitəsi ilə Rusiyaya onların niyyətini bildiyimizi və buna qarşı addım ata biləcəyimizi göstərməlidir. Rusiya səfəriliyi qarşısında müxtəlif təşkilatların, partiyaların, ictimai birliklərin aksiyalarını təşkil edib, Rusiyanın dağıdıcı mövqeyini tənqid edən addımlar atmaq olar. Rusiyadakı diasporamızdan istifadə etmək olar. Bir çox addımlar var ki, ondan istifadə etmək olar. Təəssüf ki, iqtidar tərəfindən Rusiyanın Təəssüf ki, iqtidar tərəfindən Rusiyanın psixoloji savaşına qarşı heç bir addım atılmır. Yaxın zamanlarda iqtidarın Rusiyaya qarşı sərt mövqeyini gözləyirəm. Əks təqdirdə proseslər heç yaxşı yerə getməyəcək”.

Səxavət Məmməd