!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyaya “Hollivud” QADAĞASI: Məşhur kinostudiya filmlərinin nümayişini yasaqladı

!Reklam – Yazi

“Hollivud”un ən məşhur kinostudiyalarından biri Rusiya auditoriyasından imtina edib.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbərr verir ki, ABŞ-nin kino sənayesinin mərkəzi sayılan “Hollivud”un “Warner Bros.” şirkəti filmlərinin Rusiyanın “Milli Media Qrupu”na mənsub telekanallarda yayımlanmasına qadağa qoyub.

Məlumata görə, qadağa tətbiq olunan Rusiya telekanalları bunlardır: “STS”, “REN-TV”, “Beşinci kanal”, “Ev” və “more.tv videoservis”.

Qeyd olunur ki, sözügedən kinostudiyanın Rusiya prokat qurumu ilə müqaviləsinin başa çatmasına hələ ilyarım müddət qalsa da, bu, şirkəti belə bir addım atmaqdan çəkindirməyib.

Bildirilir ki, istehsal etdiyi ekran əsərləri bütün dünyada geniş populyarlıq qazanan “Warner Bros.” şirkətinin filmləri Rusiya efirində də yüksək reytinq qazanmışdılar.

www.yenicag.az

174
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv