!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyaya məxsus təyyarə Qara dənizə düşüb: 10 nəfərin cəsədi tapılıb – YENİLƏNİB

!Reklam – Yazi

496x323_0xc0a8399a_5316137791482646770

Bu gün Rusiya Müdafiə Nazirliyinin Qara dənizə düşən “Tu-154” təyyarəsinin 10 sərnişinin cəsədi tapılıb.

Yeniçağ.Az-ın “TASS”-a istinadən verdiyi məlumata görə, təyyarənin qalıqları sahilboyu 1,5 km-dən 6 km-ə qədər məsafədə səpələnib.

Axtarış əməliyyatları davam edir.

***

Bu gün Rusiya Müdafiə Nazirliyinin radardan itən və Qara dənizə düşdüyü müəyyənləşdirilən “Tu-154” tipli təyyarəsinin sərnişinlərindən dördünün də cəsədi tapılıb, bununla da cəsədi tapılan sərnişinlərin sayı beşə çatıb.

Yeniçağ.Az-ın “TASS”-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Tapılan cəsədlər xilasedici gəmiyə çıxarılıb.

***

Rusiya qəzaya uğrayan təyyarəsindən sağ qurtulanların olmadığı məlumatları güclənir.

Yeniçağ.Az xəbər verir ki, qəzaya uğrayan təyyarədən bir nəfərin cəsədinin tapılması barədə xəbər vermişdik. Az öncə daha bir nəfərin meyiti tapılıb.

***

Rusiyanın Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsinin qəzaya uğradığı yerdə sərnişinlərdən birinin meyiti tapılıb.

Yeniçağ.Az xəbər verir ki, bunu Rusiyanın müdafiyə nazirliyininin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenko deyib.

O, cəsədin sahildən 5 km uzaqlıqda tapıldığı və xilasetmə gəmisinin göyərtəsinə qaldırıldığını bildirib.

***

Rusiyanın müdafiə nazirliyinə məxsus Tu-154 təyyarəsi radarlardan itib.

Yeniçağ.Az rus mətbuatına istinadən xəbər verir ki, təyyarənin göyərtəsində Aleksandrov adına ansamblın musiqiçiləri, 9 jurnalist və hərbçilər olub.

Məlumata görə təyyarənin göyərdəsində 91 nəfər olub.

Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi Bakı vaxtı ilə saat 06.40 radələrində Soçinin Adler aerodromundan havaya qalxdıqdan qısa müddət sonra radardan itib.

Yeniçağ.Az

www.yenicag.az

452
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv