Bu gün Rusiya Müdafiə Nazirliyinin Qara dənizə düşən “Tu-154” təyyarəsinin 10 sərnişinin cəsədi tapılıb.
Yeniçağ.Az-ın “TASS”-a istinadən verdiyi məlumata görə, təyyarənin qalıqları sahilboyu 1,5 km-dən 6 km-ə qədər məsafədə səpələnib.
Axtarış əməliyyatları davam edir.
***
Bu gün Rusiya Müdafiə Nazirliyinin radardan itən və Qara dənizə düşdüyü müəyyənləşdirilən “Tu-154” tipli təyyarəsinin sərnişinlərindən dördünün də cəsədi tapılıb, bununla da cəsədi tapılan sərnişinlərin sayı beşə çatıb.
Yeniçağ.Az-ın “TASS”-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Tapılan cəsədlər xilasedici gəmiyə çıxarılıb.
***
Rusiya qəzaya uğrayan təyyarəsindən sağ qurtulanların olmadığı məlumatları güclənir.
Yeniçağ.Az xəbər verir ki, qəzaya uğrayan təyyarədən bir nəfərin cəsədinin tapılması barədə xəbər vermişdik. Az öncə daha bir nəfərin meyiti tapılıb.
***
Rusiyanın Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsinin qəzaya uğradığı yerdə sərnişinlərdən birinin meyiti tapılıb.
Yeniçağ.Az xəbər verir ki, bunu Rusiyanın müdafiyə nazirliyininin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenko deyib.
O, cəsədin sahildən 5 km uzaqlıqda tapıldığı və xilasetmə gəmisinin göyərtəsinə qaldırıldığını bildirib.
***
Rusiyanın müdafiə nazirliyinə məxsus Tu-154 təyyarəsi radarlardan itib.
Yeniçağ.Az rus mətbuatına istinadən xəbər verir ki, təyyarənin göyərtəsində Aleksandrov adına ansamblın musiqiçiləri, 9 jurnalist və hərbçilər olub.
Məlumata görə təyyarənin göyərdəsində 91 nəfər olub.
Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi Bakı vaxtı ilə saat 06.40 radələrində Soçinin Adler aerodromundan havaya qalxdıqdan qısa müddət sonra radardan itib.
Yeniçağ.Az