Suriyada Rusiyaya məxsus hərbi helikopter qəzaya uğrayıb.
Yenicag.az xəbər verir ki, bu barədə məlumat Rusiya Müdafiə nazirliyi tərəfindən də təsdiq olunub.
Məlumata görə, qəza nəticəsində “Ka-52” tipli hərbi helikopterin göyərtəsində olan 2 pilot ölüb.
İlkin ehtimala görə, qəzaya texniki nasazlıq səbəb olub.