Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rusiyaya qarşı “Üçlər ittifaqı”: Türkiyə-Azərbaycan-Gürcüstan hərbi alyansı aktuallaşır

Reklam: High Technic

Rusiyanın “Kommersant” qəzeti yazır ki, Türkiyə, Gürcüstan və Azərbaycan müdafiə nazirlərinin üçtərəfli danışıqları Bakı-Tiflis-Ankara oxu formatı üzrə hərbi müttəfiqlik yaradılması istiqamətində atılan mühüm addımdır.

Görəsən, rus mətbuatının elan etdiyi kimi Ankara-Bakı-Tiflis oxu ətrafında hərbi müttəfiqliyin yaradılması mümkündürmü? Bu baş verərsə, bölgədəki hadisələrin inkişaf axarına nə vəd edir?

Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri bildirdi ki, yaxın perspektivdə sözügedən hərbi ittifaqın yaradılması mümkün görünmür. Amma bununla belə həmsöhbətimiz optimistcəsinə qeyd etdi ki, gələcək perspektivdə Ankara-Bakı-Tiflis hərbi müttəfiqliyi yarana bilər:

“Bakı, Ankara və Tiflis arasında üçtərəfli hərbi müttəfiqliyin yaradılması və bu istiqamətdə konkret fəaliyyət ilk növbədə ticari, iqtisadi, həm də siyasi yöndə regiondakı əməkdaşlığın bariz formasıdır. Belə bir üçlük formatının mövcud olması həm də regionda təhlükəsizlik baxımından müəyyən mənada bir zəmanət rolunu oynayır. Çünki Cənubi Qafqazın 3 ölkəsindən ikisi, Azərbaycanla Gürcüstan əlverişli strateji-coğrafi mövqedə yerləşirlər. Bu dövlətlər həm Asiya, həm də Qərbin xristian dünyasına bir növ dəhliz rolunu oynayırlar. Ona görə də Tiflislə Bakının bilavasitə Türkiyə ilə münasibətlər qurması və hərbi yöndə 3 ölkə arasında əməkdaşlıq formatının tapılması müsbət hadisə olduğu kimi, həm də regionda bəzi dağıdıcı ünsürlər üçün yayındırıcı mövqe rolunu oynaya bilər. Burada söhbət Rusiyadan gedir.

Rusiya hələ də aqressiv siyasət yürütməkdə davam edir. Gürcüstanın Abxaziya və Cənubi Osetiya kimi əraziləri Rusiya tərəfindən işğal olunub, indi də artıq ilhaq prosesinə rəvac verilir. Belə bir çətin durumda Türkiyənin bilavasitə iştirakı ilə hərbi yöndə üçlük formatının yaranması təbii ki, Kremli qane edəcək bir vəziyyət deyil. Ona görə ki, bu hadisənin baş verməsi Türkiyənin Cənubi Qafqaz regionunda mövqelərini gücləndirir. Çünki Cənubi Qafqazın 2 ölkəsində Türkiyənin təsir imkanları artdıqca, əməkdaşlıq daha sıx xarakter aldıqca, belə vəziyyət həmin ölkələrdən Rusiyanın tədricən sıxışdırılıb çıxarılmasına gətirib çıxaracaq. Həm ictimai rəydə, həm iqtisadi, hərbi, həm də siyasi yöndə bu belədir. Ona görə də Azərbaycan, Türkiyə və Gürcüstan hərbi rəhbərlərinin görüşündən Rusiya mediası belə bir ciddi narahatçılıq keçirir. Türkiyənin belə üçlük formatında maraqlı olması həm də Ankaranın strateji müttəfiqi olan NATO ölkələrinin də marağındadır. 2008-ci ildə bilirsiniz ki, Rusiya Gürcüstana hərbi müdaxilə etdi. Həmin hadisə göstərdi ki, ABŞ dərhal 10 min kilometr məsafədən gəlib, Gürcüstana yardım etmək durumunda deyil. O, baxımdan Türkiyənin regionda olması və hərbi yöndə əməkdaşlıq qurması təbii ki, ABŞ və onun NATO üzrə müttəfiqləri tərəfindən də müəyyən mənada dəstəklənir. Moskvanı əslində, narahat edən məqam da budur. Ona görə də gələcək perspektiv baxımından düşünürəm ki, Türkiyə, Azərbaycan və Gürcüstanın birgə çevik qoşun birliklərinin yaradılması ehtimalı da getdikcə güclənir. Hər üç ölkənin xüsusi təyinatlı gücləri birlikdə hərbi təlimlərin keçirilməsinə də qərar veriblər ki, bunun özü də həmin dövlətlərin güc orqanlarının tədricən bir-birinə inteqrasiya etməsi prosesini gücləndirəcək. Perspektivdə Türkiyə, Azərbaycan və Gürcüstanın timsalında hərbi ittifaq formatı da seçilə bilər. Düzdür, yaxın gələcəkdə bunun baş verəcəyini görmürəm. Çünki bu hal Rusiyanı qıcıqlandıracaq bir vəziyyətdir. Rusiya bundan sonra da dağıdıcı siyasət yürütməkdə davam edəcək və Cənubi Qafqazdakı münaqişələrin həll olunmasına əngəl olmaqda davam edəcəksə, onda əmin olun ki, belə bir hərbi ittifaqın yaradılması mümkün olacaq.

Ancaq bu məsələ mütləq mənada Gürcüstanın yeni strateji müttəfiqləri, Avropa Birliyi və ABŞ-la da razılaşdırılmalıdır. Ona görə ki, Türkiyənin özü NATO ölkəsidir. Habelə, Tiflis NATO-ya üzv olmaqda əsas namizəd ölkələrdən biridir və bu məsələlərdə təbii ki, həmin qurumla da məsləhətləşir. Ancaq gələcək perspektiv baxımından düşünürəm ki, belə bir hərbi ittifaqın yaranması mümkündür. Həmin hadisənin baş verməsi Moskvanın bölgədəki mövqeyinin zəifləməsinə, eyni zamanda Ankaranın mövqeyinin güclənməsinə gətirib çıxaracaq. Bundan sonra Rusiya Azərbaycan və Gürcüstana hərbi müdaxilə haqqında düşünəndə, mütləq mənada həmin üçlük ittifaqını düşünmək məcburiyyətində qalacaq. Ona görə də belə bir ittifaqın yaradılması çox əhəmiyyətli məqamdır”.

ELÇİN

Yenicag.az

www.yenicag.az

1060
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100