Bu gün axşam saatlarında Moskva ətrafındakı villasında Sovet Rusiyasının Ali Şurasının sonuncu sədri Ruslan Xasbulatov ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə onun doğmaları Rusiya mediasına məlumat verib.
Ruslan Xasbulatov 1942-ci ildə Qroznıda anadan olub. 1965-ci ildə Moskva Dövlət Universitetini bitirib, 1980-ci ildə iqtisad elmləri doktoru adını alıb.
1990-cı ildə RSFSR-in xalq deputatı seçilib və 5 iyunda RSFSR Ali Şurasının sədr müavini təyin edilib. Cəmi 5 gündən sonra isə sədrin əvəzedicisi kimi fəaliyyətini davam etdirib. 19 oktyabr 1991-ci ildə isə RSFSR Ali Şurasının sədri seçilib.