!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ruslar Azərbaycandan keçərək İŞİD-i bombalayır – Video

!Reklam – Yazi

tu-95-bear-rafSuriyada İŞİD hədəflərini vuran Rusiya strateji bombardmançılarının Azərbaycanın hava məkanından keçdiyi təsdiqlənib.

Bu barədə Rusiyanın ORT kanalı məlumat yayıb. Məlumata görə, Suriya bombardmanlarında iştirak edən strateji bombardmançılardan Tu-22M-3 təyyarələri Mozdokdan havaya qalxıb. Azərbaycan, İran və İraqın hava məkanından keçərək Suriyadakı hədəflərə tonlarla bomba atıb. Daha sonra eyni marşrutla bazaya geri dönüb.

Səsdən iti uçan Tu-22M-3 bombardmançıları göstərilən marşrutla bir neçə dəfə reydlər həyata keçirib.

Bombardmanlarda iştirak edən Tu-160 və Tu-95M strateji bombardmançıları isə Qazaxıstan yaxınlığındakı Engels hava bazasından qalxıb, Qazaxıstanın hava məkanından, daha sonra Xəzər dənizinin üzərindən uçub.

Təyyarələr İranın hava sahəsindən Suriyadakı hədəflərə qanadlı raketlərlə zərbə endirəndən sonra eyni marşrutla geri dönüb. Ötən həftə sonu Rusiya həmçinin Murmansk yaxınlığındakı bazada dislokasiya olunmuş strateji aviasiyadan da Suriya bombardmanlarında istifadə edib.

Bazadan qalxan Tu-160 bombardmançısı Finlandiya, Norveç, Böyük Britaniya, Fransa və İspaniyanın hava sərhədləri boyu uçub. Hibraltar boğazının üzərində havada yanacaq doldurub. Yanacaqdolduran təyyarə-tanker Tu-160 bombardmançısına 20 metrə qədər yaxınlaşıb və havada yanacaq doldurulması həyata keçirilib.

Strateji bombardmançılar Suriyadakı hədəflərə zərbə endirdikdən sonra İraq və İranın hava məkanından keçiblər, yenidən havada yanacaq doldurublar və ümumi uçuş məsafəsi 13 min kilometr olub.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin İŞİD-in Misirin Sina yarımadası üzərində Rusiya sərnişin təyyarəsini partlatması təsdiqlənəndən sonra strateji aviasiyanı Suriya əməliyyatlarına cəlb edib. Habelə bombardmanlarda iştirak edən aviaqruplaşmanı gücləndirərək təyyarələrin sayını 69-a çatdırıb.

https://youtu.be/Hf1ma1ZFr5A

www.yenicag.az

432
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv