Müharibədən sonra Rusiyanı tərk etmiş böyük insan qrupu geri qayıtmağa başlayıb. Artıq ölkəni tərk edənlərin böyük qismi geri qayıdır.
Onların məşğulluq səviyyəsi hələlik az olsa da, bu, Putinin iqtisadi siyasətinə və Rusiya iqtisadiyyatının ayaqda qalmasına yardım edir.
Yenicag.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşrinin məqaləsində qeyd olunub.
Agentliyin mənbəsinə görə, Rusiyaya geri qayıdan bir çox rus qeyd edir ki, Qərb onlara Rusiyaya geri qayıtmaqdan başqa yol buraxmayıb.
Məlumata görə, Qazaxıstanda çalışan rusların bir qismi daha yüksək maaş təklifləri aldıqları üçün Moskvaya geri döndüklərini bildiriblər.
KİV-in analitikləri hesab edir ki, Rusiyada iqtisadiyyat gücləndikcə, ruslar geri qayıdır və Putin bunu “xüsusi hərbi əməliyyatlar” dəstək kimi qiymətləndirir.
“Moskva və Peterburqda İT sektorunda mühacirlərin qayıdışı sürətlə artır. Moskvada hazırda işçi qıtlığı olduğu üçün maaşlar olduqca yüksək həcmdə təklif edilir, eyni zamanda son terror aktından sonra Rusiyada miqrantlara qarşı münasibət qonşu ölkələrdə etnik rusların Rusiyaya geri qayıdışında əsas rol oynayır. Polşa, Macarıstan və Almaniyaya mühacirət etmiş rusların bir qismi bu ölkələrdə iş tapa bilmədiklərinə görə öz vətənlərinə geri dönüblər. Putin iki il sonra ölkəni tərk edənlər üzərində qələbə qazanır”, – “Bloomberg” qeyd edib.
Rafi Müslümov