Böyük Britaniya kəşfiyyatı yeni icmalda Rusiya ordusunun mühüm logistika mərkəzi olan Pokrovsk yolunda olan Donetsk vilayətinin Selidovo şəhərinə doğru irəliləməsini təhlil edib.
Yenicag.az xəbər verir ki, müvafiq icmal Britaniya Müdafiə Nazirliyinin “X” sosial media səhifəsində dərc olunub.
Məlumata görə, Rusiyanın quru qoşunları Pokrovsk yaxınlığında yerləşən Selidovo istiqamətində irəliləyib. Qeyd edək ki, şəhərlər E50 magistral yolu ilə birləşdirilir. Bu marşrut Rusiya üçün vacibdir, çünki Selidovo tutulacağı təqdirdə Pokrovska irəliləmək üçün istifadə oluna bilər.
“Şəhər mübahisəli olaraq qalır və döyüşlərin şəhərin mərkəzində davam edəcəyi ehtimalı var”, – məlumatda deyilir.
Kəşfiyyat xidməti qeyd edir ki, oktyabrın əvvəlindən Rusiyanın Pokrovska doğru irəliləmə sürəti xeyli aşağı düşüb. Eyni zamanda, Rusiyanın quru qoşunları bu yaxınlarda Selidovonu hədəf alaraq və şəhəri qismən mühasirəyə alaraq onun cənub hissəsinə resurslar ayırıb.
Xatırladaq ki, bir gün əvvəl Almaniyanın “Bild” nəşrinin hərbi analitiki Yulian Röpke rus qoşunlarının Selidovoya daxil olduğunu bildirmişdi.
Oktyabrın 25-də Milli Qvardiyanın “Qara-Dağ” xüsusi təyinatlı 15-ci briqadasının mətbuat xidmətinin əməkdaşı bəyan edib ki, Rusiya hərbçiləri Selidovoya hücum edərkən zirehli texnikadan istifadə etmir, əksinə, geniş cəbhədə kiçik qruplar şəklində şəhərə hücum edir.
Böyük Britaniya kəşfiyyatı bu yaxınlarda Rusiyanın 2024-cü ilin sentyabr və oktyabr aylarında Ukraynaya zərbə vuran dronlardan istifadə edərək, hücumlarını təhlil edib. Qeyd edilib ki, sentyabr ayında Rusiya Ukrayna ərazisində rekord sayda – 1300-dən çox dronları işə salıb.
Rafi Müslümov