!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ruslar ingilis azarkeşi öldürdü – “AVRO-2016″da iğtişaş

!Reklam – Yazi

fransada igtisasFransda təşkil olunan Avropa çempionatında ilk ölüm hadisəsi qeydə alınıb.

Hadisə bu gün baş verib. Bakı vaxtı ilə 23.00-da başlayacaq İngiltərə – Rusiya matçından öncə hər iki komandanın azarkeşləri arasında qalmaqal yaşanıb.

Fransa mətbuatı iddia edir ki, rus azarkeşlərin masa ilə başından vurduğu ingiltərəli azarkeş vəfat edib. Bu, Avropa çempionatında ilk ölüm kimi yadda qalıb. Bundan öncə də İngiltərə millisinin azarkeşləri qalmaqala səbəb olmuşdu. Adadan gələnlər Marsel əhalisi ilə əlbəyaxa olmuşdu.

Fransanın Marsel şəhərində İngiltərə futbol komandasının azarkeşləri ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşanıb. Azarkeşlər polisə şüşə qablar atıblar. Qarşıdurma zamanı xəsarət alan olmayıb. Polis gözyaşardıcı qazla aksiyanı dağıtmağa çalışıb.

İngilis azarkeşlərlə bir qrup gənc fransalı arasında dava düşdüyünə görə İngiltərə Futbol Assosasiyası narahatlığını ifadə edib. Qurum tərəfləri bir-birilərinə hörmətlə yanaşmağa çağırıb.

Gecənin ən maraqlı oyunu Marseldə olacaq. Oyundan əvvəl ingilis və rus azarkeşlər arasında böyük iğtişaşlar baş verib. Qarşıdurmanın favoriti İngiltərə yığması hesab olunur. Lakin Rusiya yığması müdafiə xəttini gücləndirərək əks hücumları ilə qol vurmağa çalışacaq. (Ans)

 

www.yenicag.az

506
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv