Belqorod vilayətinin sakinləri “kadırovçu”ları Rusiya sərhəd-keçid məntəqələrini atəşə tutmaqda ittiham edirlər.
Yenicag.az xəbər verir ki, bu barədə Belqorodun yerli teleqram kanalları məlumat yayıb. TQ kanal yazır ki, “axmatovçu”lar gərgin fəaliyyəti və gözəl mənzərəni imitasiya etmək üçün Rusiya sərhəd postlarını bombalayır.
Yerli sakinlərin sözlərinə görə, videoda onlar boş “Nexoteyevka” sərhəd-keçid məntəqəsini minaatanlardan atəşə tutublar, sonra isə guya təxribat qrupları üçün döyüş sursatı və maşınların saxlandığı yerləri məhv etdiklərini bildiriblər.
Eyni zamanda kadrlarda nə texnika, nə də düşmən əsgərləri görünür. Həmçinin aydın görünür ki, minaatan mərmilərindən biri düz Rusiya ilə Ukrayna sərhəddində qüllənin yanındakı asfalta düşür, ikincisi Ukrayna tərəfdə hansısa binanın damına, üçüncüsü isə kiçik sərhəd nəzarət kabinəsinə dəyir.
Məsimə