Ölkə əhalisinin üçdə ikisi yaranmış problemlərə görə Rusiya prezidenti Vladimir Putinin məsuliyyət daşıdığını düşünür.
Yenicag.az BBC-yə istinadən xəbər verir ki, Rusiyanın “Levada-Sentr” Mərkəzinin keçirdiyi sorğuda gözlənilməz nəticələr əldə olunub.
Məlumata görə, rəyi soruşulanların 61 faizi ölkənin üzləşdiyi problemlərə görə prezident Vladimir Putinin tam məsuliyyət daşıdığını bildirib.
Bu nəticə Rusiya vətəndaşlarının dövlət başçısına yönəlik etimadsızlığının artdığını göstərir. Ötən il keçirilmiş analoji sorğu zamanı ölkədə yaranmış vəziyyətə görə prezidenti məsul tutan respondentlərin faiz göstəricisi 55, 2016-cı ildə isə 52 olmuşdu.
Eyni zamanda, yaxın müddətdə prezident seçkilərinin keçiriləcəyi müddətdə Putinə səs vermək istəyən vətəndaşların nisbəti ötən il qeydə alınan 66 faizdən 56 faizə düşüb.