Ruslar xəstəxananı atəşə tutdu – Yaralananlar var

Rusiya Silahlı Qüvvələri Severodonetsk şəhərində xəstəxananı atəşə tutub, nəticədə 9 nəfər yaralanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib.

O bildirib ki, ruslar gün ərzində şəhərə 11 hücum həyata keçiriblər.