Rusların Azərbaycanda “itirdiyi” alimdən xəbər var: Hərbi hissənin şəklini çəkib…

Yeni ilin ilk günlərində Azərbaycana gələn Rusiya Elmlər Akademiyası Astronomiya İnstitutunun əməkdaşı Dmitri Çulkov itkin düşdüyünü xəbər vermişdik.

Rusiya mətbuatının yaydığı xəbərə görə, Çulkov yanvarın 3-də Gəncəyə gəlib və şəhərdəki şəxsi mehmanxanalardan birində yerləşib. O, bir həftəyə vətəninə qayıtmalı olsa da, Çulkovla əlaqə kəsilib. Alim yanvarın 5-də Göygölə yola düşüb. İddiaya görə, Çulkov gölə aparan yolun üstündə yerləşən hərbi hissənin ərazisinə keçib.

Artıq hadisənin təfərrüatı məlum olub. Hüquq-mühafizə orqanlarından Yenicag.az-a verilən məlumata görə, Dmitri Çulkov vətəninə vaxtından əvvəl qayıtmamasına öz məsuliyyətsizliyi səbəb olub.

Belə ki o, cəbhə bölgəsində yerləşən Göygöl rayonu ərazisindəki hərbi hissələrdən birinin şəkillərini çəkmək istəyərkən alimə xəbərdarlıq olunsa da, Çulkov buna əməl etməyib. Nəticədə hüquq-mühafizə orqanları müəyyən araşdırma apardıqdan sonra Dmitri Çulkov barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. Yanvarın 5-də məhkəmə Dmitri Çulkov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə əsasən 10 sutka inzibati həbs qərarı çıxarıb. Yalnız 10 sutkalıq həbsdən sonra Dmitri səhvini başa düşüb və üzrxahlıq edib. Yanvarın 5-də məsuliyyətə cəlb olunan Çulkovun cəzasının müddəti bu gün başa çatacaq. O, bundan sonra vətəninə qayıdacaq.

COP29