!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusların bu hazırlığına cavab olaraq, Şuşada parad keçirməliyik” - Hərbi Polisin keçmiş rəisi

!Reklam – Yazi

“Sülhməramlı qüvvələrin dislokasiya yerindən kənarda hər hansı düzülüşü yolverilməzdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin Rusiya sülhməramlı qüvvələrinin Xankəndi şəhərində təntənəli sıra düzülüşünün planlaşdırılmasına dair açıqlamasına münasibət bildirən ehtiyatda olan polkovnik, Hərbi Polisin keçmiş rəisi Rövşən Məhərrəmov deyib.

Rövşən Məhərrəmov bildirib ki, Rusiya sülhməramlı qüvvələrinin Xankəndinin mərkəzi meydanda sıra düzülüşü etməsi belə qəbulolunmazdır:

“Rusiya hərbi kontingentinin Qarabağda keçirəcəyi istənilən aksiya Azərbaycanla razılaşdırılmalıdır. Çünki onlar sülhməramlı missiyanı həyata keçirirlər, daimi yerləşdirilməyiblər.

Sülhməramlı qüvvələrin ehtiyat bölmələri də var. Bu o deməkdir ki, sıra düzülüşü etmək üçün qüvvəyə malikdirlər. Burda əsas məsələ düzülüşün harda baş tutmasıdır.

Əgər o aksiya hərbi hissəsnin ərazisində baş tutursa, bu, düzülüş kimi qəbul oluna bilər. Yox, Rusiya hərbi jkontingenti Xankəndi şəhərinin mərkəzində düzülüb daha sonra da keçid etsə, bu, qətiyyən düzgün olmayacaq. O halda Azərbaycan hökuməti buna qəti etirazını bildirməlidir. Bu, birmənalı olaraq, yolverilməzdir.

Çünki o keçidi Xankəndində yaşayan əhali izləyəcək, qondarma rejimin rəhbərliyi də yəqin ki orada iştirak edəcək. Dövlət buna mütləq etirazını bildirməlidir. Bu məsələdə Azərbaycan ictimaiyyətinin mövqeyi birmənalıdır. İçi mən qarışıq, hər kəs bunun əleyhinədir.

Rusların bu hazırlığına cavab olaraq, bizim qoşunların Şuşada paradı təşkil edilməli, Türkiyəli hərbçilərin və başqa qonaqların da orada iştirakı təmin olunmalıdır”.

Səxavət Məmməd

www.yenicag.az

932
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv