Gürcüstan vətəndaşları rusların kütləvi şəkildə ölkəyə axın etməsindən narahatdırlar.
Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, “CRRC Georgia” təşkilatının ABŞ-nin Milli Demokratiya İnstitutunun (NDI) sifarişi ilə keçirdiyi sorğuda maraqlı nəticələr qeydə alınıb.
Məlumata görə, sorğuda iştirak edənlərin 70 faizi Rusiya vətəndaşlarının son vaxtlar Gürcüstana kütləvi axınından narahatlığını və hökumətin bu istiqamətdə siyasətini bəyənmədiyini bildirib.
Respondentlərin 69 faizi hesab edib ki, Rusiya vətəndaşlarının Gürcüstana girişi üçün viza rejimi tətbiq olunmalıdır.
Bundan başqa, sorğu iştirakçılarının 54 faizi Rusiya-Ukrayna müharibəsinə görə Rusiyanın, 25 faizi şəxsən Vladimir Putinin, 15 faizi ABŞ-nin, 8 faizi Ukraynanın, 3 faizi isə NATO-nun məsuliyyət daşıdığını vurğulayıblar.