Rusların Ukraynadakı itkiləri 17 minə yaxınlaşır

Ukrayna ordusu müharibənin başlanmasından bu yana 16,4 min Rusiya hərbçisini məhv edib.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Döyüşlər zamanı həmçinin Rusiya ordusuna məxsus aşağıdakı texnikalar məhv edilib:
575 ədəd tank, 1640 zirehli döyüş maşını, 293 ədəd artilleriya sistemi, 91 reaktiv yaylım atəş sistemi, 51 HHM sistemi, 117 ədəd təyyarə, 127 ədəd helikopter, 1131 ədəd avtomobil texnikası, 7 ədəd gəmi-kater, 73 ədəd yanacaq-sürtkü materialları çəni, 56 kəşfiyyat PUA-sı, 19 xüsusi texnika, 2 ədəd əməliyyat-taktiki raket kompleksinin buraxılış qurğusu.

COP29