Rustavi maşın bazarında güclü YANĞIN – VİDEO

Gürcüstanın Rustavi şəhərindəki maşın bazarında güclü yanğın olub.

Yenicag.az xəbər verir ki, ilkin məlumata görə, yanğın yaxınlıqdakı qida obyektindən yayılıb.

Əraziyə 6 yanğınsöndürən briqada cəlb edilib.

Xəsarət alanların olmadığı, ancaq 10-dan çox maşının yandığı bildirilir.