Gürcüstanın Rustavi şəhərində baş vermiş partlayış nəticəsində 12 nəfər yaralanıb.
Yenicag.az xəbər verir ki, onlardan 5-i azyaşlıdır.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik bildirir ki, oktyabrın 21-də Rustavi şəhəri 19-cu mikrorayon ünvanında qaynaq aparılan sexlərin birində ilkin məlumata görə, oksigen balonu partlayıb. Nəticədə 5-i uşaq olmaqla 12 nəfər yaralanıb, ətrafdakı binalara, ictimai-iaşə obyektlərinə xeyli ziyan dəyib. Yaralılar xəstəxanalara yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.