Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradov bu gün Bakıya gəlib.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov məlumat verib.
O bildirib ki, R. Muradov erməni təxribatçı əsirlərinin verilməsi üçün Bakıya gəlib. Danışıqlar nəticəsində Rüstəm Muradov bir erməni hərbçisinin cəsədini təhvil alaraq Yerevana qayıdıb.