Rüstəm Muradov vəzifəsindən gedir

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı general-leytenant Rüstəm Muradov vəzifəsindən ayrılır.

Yenicag.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Arşak Karapetyanla R.Muradovun görüşündə danışılıb.

Görüşdə R.Muradovu kimin əvəz edəcəyi barədə məlumat verilməsə də, böyük ehtimalla kontingentin rəhbəri vəzifəsinə Cənub Hərbi Dairə komandanının müavini, general-leytenant Aleksey Avdeyev təyin olunacaq.

Rusiyanın Ermənistandakı səfirliyinin hərbi attaşesi polkovnik İqor Şerbakovun da iştirak etdiyi görüşdə Qarabağdakı sülhməramlı missiyanın gedişi, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə edilib.