!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rüstəm Xəlilov üçün yolun sonu göründü

!Reklam – Yazi

70177Parlament seçkilərindən bizi üç aylıq zaman kəsimi ayırır

Seçkilər yaxınlaşdıqca həm hazırda Milli Məclisdə təmsil olunan deputatlar, həm də gücünü sınamaq istəyən namizədlər seçki hazırlığına start verməyə başlayıblar.

Xüsusən parlamentdə təmsilçiliyi dövründə heç bir aktivlik göstərməyən, seçiciləri və ictimaiyyətlə təmasdan yayınan deputatların yeri uğrunda mübarizə qızışır.

Millət vəkilliyinə iddia edən şəxslər passiv deputatların seçicilərdən dəstək almayacağına əmin olub, öz namizədliyini onların dairələrindən irəli sürməyə həvəsli görünürlər.

Editor.az-a daxil olan məlumatda bildirilir ki, Milli Məclisin susqun üzvləri siyahısında yer alan deputat Rüstəm Xəlilov bu seçkilərdə ciddi namizədlərlə üz-üzə gələcək. Namizədlərdən ən ciddisi isə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevdir.

Mənbə iddia edir ki, Sabirabad rayonunda anadan olan Zakir Quliyev rayonda nüfuzlu adamdır və onun seçilməsi tamamilə realdır:

“Rüstəm Xəlilov deputat seçiləndən bugünə qədər bir dəfə olsun seçicilərlə görüş keçirməyib. Onların problemləri ilə maraqlanmayıb. Digər yandan Milli Məclisdə aktiv fəaliyyət göstərməyib. Bu səbəbdən onun deputat seçilmək şansı yox səviyyəsindədir. Amma buna baxmayaraq, o, hər yerdə yenidən deputat olacağını bəyan edir. Amma bu dəfə deyəsən “Çətin yerdə axşamlayıb”. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini, əslən sabirabadlı olan Zakir Quliyev Rüstəm Xəlilova rəqib kimi seçkilərdə iştirak etməyə qərar verib. Özü də onun bu seçimi təsadüfi deyil və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə tərəfindən dəstəklənir”.

Xatırladaq ki, Rüstəm Xəlilov artıq II çağırışdır 64 saylı Sabirabad II Seçki Dairəsindən deputatdır və Milli Məclisin susqun deputatları siyahısında yer alır.

www.yenicag.az

960
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv