!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rüsum artımını kağızla bağlayan nazir müavininə ETİRAZ: "Ya hökumət təmsilçisi yalan danışır..."

!Reklam – Yazi

Dövlət rüsumlarının artırılması səbəbini izah edən Maliyyə nazirinin müavini Azər Bayramov qeyd edib ki, son 10-15 ildə kağızın qiymətinin və çap xərclərinin artması da rüsumların bahalaşmasına yol açıb.

Yenicag.az xəbər verir ki, Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz nazir müavinin sözügedən izahını dəyərləndirib.

O bildirib ki, büdcəyə cavabdeh olan qurumun təmsilçisinin açıqlaması təəssüf doğurur və əsas gətirilən səbəb anlaşılmazdır:

“Nazir müavininin diqqətinə çatdırıram ki, son 10-15 ildə hökumət büdcədən rəqəmsallaşma və elektron hökumət quruculuğuna da milyonlarla manat vəsait ayırılıb. Bəs bunun nəticələri necə oldu?! Məntiqlə rəqəmsallaşma qiymətləri, xərcləri və rüsumları endirməli idi. Əgər kağızın üzərində siyasət qurulacaqsa, onda elektronlaşmaya milyonlar ayırmaq nəyə lazımıydı? Belə çıxır ki, ya elektron hökumətə ayrılan xərclər özünü doğrultmayıb, ya da hökumət təmsilçisi yalan danışır və əsaslandırma yanlışdır.

Nazir müavininin dediyindən belə çıxır ki, ölkədə indiyədək elektron hökumət quruculuğuna ayrılan resurslar özünü doğrultmayıb. Bu baxımdan ümid edirəm ki, nazir müavininin məlum açıqlamasına VXSİ Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi də reaksiya verəcək”.

Gülşən Şərif

www.yenicag.az

733
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv