Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rüşvət istədiyi iddia olunan polislə bağlı RƏSMİ AÇIQLAMA - Səs yazısı

Yevlax rayon sakini Ceyhun Baxışəliyevin bəzi sosial şəbəkə kanallarında əsassız iddialar səsləndirməsi həqiqəti əks etdirmir, səs yazısı isə polis əməkdaşına məxsus deyil, montajdır.

Yenicag.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, 2020-ci il fevralın 7-də saat 17 radələrində Bərdə rayonu ərazisində velosipedçinin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib və hadisəni törədən sürücü hadisə yerindən yayınaraq, gizlənib. Keçirilən tədbirlər nəticəsində 13 gün sonra hadisəni törədənin “VAZ-2107” markalı avtomobilin sürücüsü C.Baxışəliyev olduğu müəyyən olunub.

Fakt üzrə Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlayıb və 2020-ci ilin iyunun 29-da cinayət işinin istintaqı tamamlanaraq Yevlax rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən sürücü təqsirli bilinərək 1 il müddətinə nəqliyyat vasitələrinin idarə etmə hüququndan məhrum edilməklə 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsdən istintaq orqanında pul tələb edilməsi ilə bağlı iddiaları isə təsdiqini tapmayıb, həqiqətəuyğun olmayan məzmunda şikayəti tam əsassızdır.

Loading...

www.yenicag.az

359
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100