Rüşvət qalmaqalı ilk dəfə Dövlət Komitəsini mənfi sıralara daxil etdi

big_1455603937_aqupdk-300x120Media Təqib Mərkəzi dövlət komitələri ilə bağlı fevral ayı üzrə məlumatları təqdim edir.

2016-cı ilin fevral ayında elektron mətbuatda, yəni sayt və portallarda komitələrlə əlaqəli 13198 xəbər yerləşdirilib. Bunlardan 1073-ü mənfi, 680-i müsbət və 11445-i isə neytral xəbərlərdir. Mənfi xəbərlər arasında liderlər: Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (448 xəbər – ləğv edilməsi haqqında xəbərlər), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (320 xəbər – rüşvət qalmaqalı), Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi (86 xəbər – qanunsuzluqlar aşkarlanması). Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi isə müsbət xəbərlər arasında 528 xəbərlə (gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısını alıb) liderdir.

Xəbər sayına görə sıralama:

1. Dövlət Gömrük Komitəsi 2486 xəbər
2. Dövlət Statistika Komitəsi 1923 xəbər
3. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 1679 xəbər
4. Əmlak Məsələləri Dövlət Komitəsi 1478 xəbər
5. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 1231 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1248 xəbər dərc edilib. Bu xəbərlərdən 1106-sı neytral, 70-i müsbət, 72-si isə mənfi xəbərlərdir. Mənfi xəbərlər arasında liderlər: Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (33 xəbər – ləğv edilməsi haqqında xəbərlər), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (15 xəbər – rüşvət qalmaqalı). Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (62 xəbər – gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısını alıb) isə müsbət xəbərlər arasında liderdir.

Xəbər sayına görə sıralama:

1. Dövlət Gömrük Komitəsi 264 xəbər
2. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 181 xəbər
3. Dövlət Statistika Komitəsi 170 xəbər
4. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 136 xəbər
5. Əmlak Məsələləri Dövlət Komitəsi 117 xəbər

Fevral ayında televiziya kanallarında komitələr haqqında 323 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1. Dövlət Gömrük Komitəsi 55 xəbər
2. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 45 xəbər
3. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 41 xəbər
4. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 33 xəbər
5. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 26 xəbər

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin fevral ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.