!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rüşvətə görə həbs olunan polkovnikdən XƏBƏR VAR - FOTO

!Reklam – Yazi

Həbsdə olan Sabunçu rayon komissarlığının sabiq rəisi, polkovnik Rövşən Babayevin cəza müddəti azaldılıb.
Yenicag.az-ın məlumatına görə, bu barədə Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən iclasda qərar çıxarılıb. Qərara əsasən, Bakı Hərbi Məhkəməsinin hökmü dəyişdirilib. Polkovnikin həbs müddəti 4 ildən 3 ilə endirilib.

Qeyd edək ki, R.Babayev rüşvət almaqda ittiham olunub. 2021-ci ildə onun barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaqı aparılıb. İttihama görə, o, 2016-2019-cu illərdə idarə rəisi işləyərkən komissarlığın hərbi xidmətə çağırış şöbəsinin baş zabiti Yaşar Hüseynov və digər 3 nəfərlə əlbir olaraq 11 şəxsin hərbi xidmətə yararsız hesab edilməsi müqabilində müxtəlif məbləğdə rüşvət alıb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Rövşən Babayev 4 il, Yaşar Hüseynov 3 il azadlıqdan məhrum edilmiş, digər 3 nəfərə isə şərti cəza verilmişdi.

www.yenicag.az

489
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv