Rusyönümlü bloqer Ermənistanda saxlanıldı: Zaxarova Qərbi işarə etdi

Rəsmi Moskva rusiyayönümlü bloqer Mikael Badalyanın Ermənistanda saxlanılmasına reaksiya verib.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Telegram” kanalında qeyd edib.

Zaxarova Badalyanın saxlanılmasının Qərbin provokasiyası ola biləcəyi ehtimalını irəli sürüb və buna çoxlu vəsait ayrıldığını vurğulayıb.

Qeyd edək ki, sentyabrın 6-da axşam saatlarında mediada yoxa çıxması barədə məlumat yayılan bloqer Badalyan “Sputnik Ermənistan”ın əməkdaşı Aşot Gevorkyanla birlikdə Gorus şəhərində saxlanılıb .

Məlumata görə, onlar İstintaq Komitəsindədirlər və istintaq tədbirləri davam etdirilir.