İran şahı Məhəmməd Rza Pəhləvinin Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə hədiyyə etdiyi əsa hərraca çıxarılır.
Yenicag.az “Sabah”a istinadən xəbər verir ki, müxtəlif əsərlərin çıxarıldığı hərracda ən dəyərli əşya 1932-ci ildə Məhəmməd Rza Pəhləvinin Mustafa Kamal Atatürkə hədiyyə etdiyi miniatürlü əsadır.
Əsanın üzərinə Pəhləvinin, Keykavusun və Cəmşidin təsvrləri oyma üsulu ilə işlənilib.
Hərrac avqustun 15-də yerli saatla 20:00-da onlayn şəkildə təşkil ediləcək.