Rza Zərrab azadlıqda?

ABŞ-da həbsdə olan əslən azərbaycanlı türkiyəli iş adamı Rza Zərrabın sərbəst buraxıldığına dair iddialar ortaya atılıb.

Yenicag.az xəbər verir ki, bu ölkənin Federal Həbsxanalar Bürosunun internet saytında onun sərbəst buraxıldığına dair məlumat əksini tapıb. Sözügedən saytda onun noyabrın 8-də azadlığa buraxıldığı qeyd olunub.

Lakin bu məlumat təkzib edilib. Xarici mətbuatın müvafiq orqanlardan əldə etdiyi məlumata görə, Zərrab hələ də həbsdədi. Onun vəkili Şeyda Yıldırım da Türkiyə mətbuatına açıqlamasında məlumatı təkzib edib: “Onun sərbəst buraxıldığı barədə məlumatlar doğru deyil. Yəqin ki, texniki bir xətaya yol verilib”.

Qeyd edək ki, məşhur türkiyəli müğənni Ebru Gündeşin keçmiş həyat yoldaşı olan Zərrab 2016-cı ilin mart ayında ABŞ polisi tərəfindən həbs olunub.

COP29