Rza Zərraba qarşı sui-qəsd cəhdi

ABŞ-da həbsxanada olan Rza Zərraba qarşı sui-qəsd olub.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə vəkil Mustafa Doğan İnal məlumat verib. Rza Zərrab haqqında mətbuatda yayılan bir sıra xəbərlərdən sonra, onun türk vəkilləri ilə görüşən Mustafa Doğan bunları deyib:

“Vəkilləri ilə 6 gün öncə danışdıq. Həbsxanada məhbuslardan biri bıçaqla Zərraba hücum edib. Digər məhbusların köməkliyi ilə, o, xilas edilib. Bundan sonra, Rza Zərrab daha təhlükəsiz yerə köçürülüb. Lakin onun harada saxlanıldığı açıqlanmır. Məhkəməyə 15 gün qalmış iş adamını öldürmək istəyirdilər. Hadisədən sonra, o, dərhal vəkili ilə əlaqə saxlayıb. O gündən etibarən, Rzadan xəbər yoxdur”.

COP29