!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rza Zərrab üzə çıxdı - Qadınlarla restoranda - FOTO

!Reklam – Yazi

ABŞ-da həbsdə olduğu iddia edilən Rza Zərrab Nyu-Yorkda restoranlardan birində görüntülənib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Rza Zərrabın iki xanımla yemək yediyi fotolar paylaşılıb.

Məlumata əsasən o, şəklinin çəkildiyinin fəqinə varanda narahat olaraq, restorandan çıxıb:

“Keçən həftə iki qadınla restorana gedən Rza Zərrab ağ şərab içib, telefonu ilə oynayıb. Orada olan digər bir türk müştəri tərəfindən şəklinin çəkildiyini hiss edən Rza Zərrab onlarla birlikdə restorandan ayrılıb.Cangüdən olduğu ehtimal edilən iki nəfər də onların arxasınca gedib”.

Vəkil Kortan Toygar isə iddiaların həqiqətə uyğun olmadığını bildirib. Onun sözlərinə görə, Zərrabın Nyu-Yorkda restorana getməsi məhkəmə prosesinə zidd bir haldır. Belə ki, o, həyatına gizli şəkildə davam etməlidir. Yanında isə daima “agent” adı verilən şəxslər olmalıdır.

Qeyd edək ki, Rza Zərrab iki il əvvəl ABŞ-da həbs olunub. O, İrana qarşı sanksiyalara əməl etməməkdə, ABŞ-ı aldatmaqda, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunub.

www.yenicag.az

5431
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv