Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“S-400”-lərin daha bir hissəsi Türkiyəyə gətirildi - Texniki xüsusiyyətləri

Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket kompleksinin tədarükü davam edir.

Yenicag.az xəbər verir ki, kompleksin avadanlıqlarını daşıyan 9-cu təyyarə Ankaranın Mürtəd hava limanına eniş edib.

S-400-ün texniki xüsusiyyətləri açıqlanıb. S-400 döyüş təyyarələri, radar təyini, kəşfiyyat və nəzarət təyyarələri, strateji və taktiki təyyarələr, taktiki, ballistik raketlər, orta mənzilli ballistik raketlər, hipersəs hədəflər və digər müasir hava hücumu aparatlarını məhv etmək üçün dizayn olunub.

S-400 uzunmənzilli 40N6 model raketlə 400 km, uzunmənzilli 48N6 ilə 250 km, orta mənzilli 9M96E2 model raketlə 120 km və qısamənzilli 9M96E raketlə 40 km məsafədə yerləşən hədəfi vurur.

Qısa, orta və uzun mənzillərdə raketləri eyni anda istifadə edə bilən S-400 600 km məsafədəki hədəfi tanıma xüsusiyyətinə sahibdir. Saniyədə 4,8 km sürətlə raket göndərə bilir. Sistem hədəfə 10 saniyədən daha az müddətdə raksiya verir.

Qeyd edək ki, 12 iyul tarixindən başlayan tədarük prosesi davam etməkdədir.

www.yenicag.az

4308