S-400 raketlərinin Türkiyəyə çatdırılmasının ikinci mərhələsi başa çatdı

Rusiya “S-400” zenit raket komplekslərininin Türkiyəyə göndərilməsininin ikinci mərhələsini başa çatdırıb.

Yenicag.az xəbər verir ki, sentyabrın 15-də RF Müdafiə Nazirliyinin hərbi nəqliyyat aviasiyasına məxsus təyyarələr müqavilə öhdəliklərinin həyata keçirilməsi çərçivəsində komplekslərin Türkiyəyə çatdırılmasının ikinci mərhələsini başa vurublar.

Nazirlikdən o da bildirilib ki, “S-400” zenit raket komplekslərinin komponentlərinin Türkiyəyə çatdırılması Türkiyə tərəfi ilə bağlanmış müqavilənin şərtlərinə və tərəflərin müddətlə bağlı razılığına uygun həyata keçirilib./APA/