Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"S-400"ün Türkiyəyə gətirilməsinə başlanıldı - VİDEO

Türkiyənin Rusiyadan aldığı S-400 hava müdafiə sistemlərinin hissələrinin ölkəyə gətirilməsinin birinci mərhələsinə başlanılıb.

Yenicag.az Türkiyə Müdafiə nazirliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə nazirliyinin rəsmi “twitter” hesabında məlumat yayılıb.

“Müqavilə əsasında S-400 uzun mənzilli hava və raket müdafiə sisteminin birinci qrup hissələrinin Ankaradakı Mürted Hava Meydanına gətirilməsinə 12 iyuldan etibarən başlanılıb”, – məlumatda qeyd edilib.

Qeyd edək ki, uzun müddətdir ki, Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemi alması Amerika ilə Türkiyə arasında ciddi problemlərin yaranmasına yol açmışdı. Amerika Türkiyəni sanksiyalarla hədələsə də, Türkiyə bu istəyindən əl çəkmədi.

www.yenicag.az

2935