Reklam: High Technic
hightechnic

Saakaşvili aclıq aksiyasına başladı

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili saxlanıldığı təcridxanada aclıq aksiyası keçirir.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Saakaşvilinin vəkili Ruslan Çernolutskiy jurnalistlərə açıqlamasında məlumat verib. O, bildirib ki, məhkəmə Saakaşvilinin 60 gün saxlanılmasına qərar verərsə, aclıq aksiyasına davam edəcək. Vəkil həmçinin, onun vəziyyətinin yaxşı olmadığını söyləyib və təcridxanadan yazdığı məktubu oxuyub:

“İqtidar mənə böhtan ataraq həbs edir. Beləliklə, sizi qorxutmaq istəyir”.

Qeyd edək ki, Mixail Saakaşvili dünən gecə saatlarında saxlanılıb.

www.yenicag.az

1.6 K